DİM əməkdaşları Ukraynada təlimdə

DİM əməkdaşları Ukraynada təlimdə

Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik” adlı I Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində “Peşəkar, davamlı və siyasi qərəzsiz dövlət qulluğu: liderliyin və təşkilati mədəniyyətin rolu” mövzusunda təlim keçirilib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin Hüquqi təminat sektorunun müdiri Nərminə Bayramova və Strateji inkişaf şöbəsinin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Nərmin Zeynalova həmin təlimdə iştirak edib.

Təlim Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd rəhbər vəzifəli şəxslərin innovasiyalar və dəyişikliklər sahəsində liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılması olub. Təlim “İdarəetmədə səmərəli ünsiyyət”, “İnsan resurslarının idarə edilməsi və strateji komandanın formalaşdırılması” və “ Dövlət hakimiyyətinin inkişaf etdirilməsi və dəyişikliklərin idarə edilməsi” mövzularında 3 işçi qrupda işini davam edib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə