Dövlət Neft və Sənaye Universiteti ilə “BentleySystems” şirkəti arasında memorandum imzalanıb
İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının “BentleySystems”in Azərbaycandakı törəmə müəssisəsi olan “Spectra” şirkətinin direktoru Fərhad Əhmədov və texniki direktoru Rasim İbrahimov ilə görüşü olub.
Universitedən verilən məlumata görə, bildiriblər ki, görüşdə M. Babanlı “BentleySystems” şirkəti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İqtisadiyyatın inkişafında yeni texnologiyaların mühüm rolunu qeyd edən rektor, eyni zamanda, ADNSU-nun Startap məktəbindən və Startap layihələrindən danışıb. Texnoloji yeniliklərin əhəmiyyətini qeyd edən “Spectra” şirkətinin texniki direktoru R. İbrahimov yeni texnologiyaların təhsil müəssisəsinə gətirilməsinin önəmli məsələ olduğunu diqqətə çatdırıb. Görüşdə əməkdaşlığa dair memorandum imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB