“Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsinin təqdimatı olub
Bu gün “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin açılış konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, peşə təhsilinin real sektora və əmək bazarına yaxın olması üçün ixtisaslı kadrların hazırlanması vacibdir. Nazir qeyd edib ki, mövcud sahənin inkişafı üçün maraqlı tərəflərin iştirakı təmin edilməli, iqtisadiyyata uyğunlaşdırılmalıdır: “Bundan başqa məktəblərin mövcud maddi-texniki bazasının gücləndirilməsi, tədrisin subyektlərlə yanaşı, istehsal sahələrinə keçirilməsi qarşıda duran məsələlərdəndir. Sistemin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün müəllimlərin, idarəedicilərin peşəkar səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Bu sahədə beynəlxalq təcrübənin, uğurlu modellərin öyrənilməsi, özəl sektorla əməkdaşlığın gücləndirilməsi mühüm rol oynayır. “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır”.
Konfransda Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Regionu məsələləri üzrə direktoru Laurens Meredit Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə perspektivlərindən, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqının Azərbaycan üzrə nəzərdə tutulan planlarından, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycanda peşə təhsili sahəsində qanunvericilik islahatlarından və son illərdə peşə təhsilinə göstərilən diqqətdən danışıb.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev layihənin əhəmiyyətini və Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərin icrasında böyük rol oynayacağını vurğulayıb.
Layihənin rəhbəri Herman Sonneveld layihənin məqsədi və planlaşdırma barədə danışıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB