İsveçrə Ali Təhsil Məktəbinin prezidenti BANM-da olub

İsveçrə Ali Təhsil Məktəbinin prezidenti BANM-da olub

İsveçrənin Ali Təhsil Məktəbinin (Swiss School of Higher Education-SSHE) prezidenti Mariam Gamurziyeva, professor Nərminə Qarayeva və məktəbin Bakı üzrə koordinatoru Nərgiz Nadirova Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb.

BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-ın fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni açılan kampusu haqqında məlumat verib. O, BANM-da ölkənin ən yüksək bal toplayan tələbələrinin təhsil aldığını qeyd edərək 2017/2018-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında beş 700 bal toplayan abituriyentin Ali Məktəbi seçdiklərini deyib.

SSHE-nin prezidenti Mariam Gamurziyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsi və Ali Təhsil Məktəbinin menecment, o cümlədən neft-qaz menecment üzrə təhsil proqramları barədə məlumat verib.

Qeyd edək ki, görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə