AzMİU-da sərgi açılıb

İyunun 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Muhammet Ali Kerim Üzdenin fərdi yaradıcılıq sərgisi açılıb. AzMİU-dan SİA-ya verilən xəbərə görə, mərasimdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisinin ilk dəfə təşkil olunduğunu söyləyib. Prorektor gələcəkdə fakültənin digər tələbələrinin də sərgilərinin keçirilməsi arzusunda olduqlarını bildirib.

Sonra iştirakçılar gənc rəssamın əl işləri ilə tanış olublar. Sərgidə pastel, yağlı boya, karandaş, qələmlə çəkilmiş rəsmlər maraqla qarşılanıb. Əl işləri əsasən, natürmort, kollaj, akvarel, qrafika janrlarında çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə