Məhəbbət Vəliyeva: " 20 saylı məktəb- lisey yeni tədris ilində istifadəyə veriləcək" AÇIQLAMA
"20 nömrəli məktəb-lisey artıq yeni tədris ilində şagird və müəllimlərin istifadəsinə veriləcək". Bunu SİA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. Məktəbin müasir tələb və standartlara cavab verdiyini deyən M.Vəliyeva söyləyib ki, şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün bütün şərait və imkanlar yaradılıb: "Əminəm ki, şagirdlər onlar üçün yaradılan şəraitdən yararlanacaq və bu şərait onların yüksək təlim keyfiyyətlərinin yüksəldilməsinə xidmət edəcək. Məktəb sentyabrın əvvəlində tam qüvvəsi ilə fəaliyyətə başlayacaq".
İdarə müdiri qeyd edib ki, 20 saylı məktəb-lisey 4000 şagird yerlikdir və şagirdlərin tam şəkildə yerləşməsi üçün heç bir maneə yoxdur: "Yeni tədris ili üçün sözügedən məktəbin birinci siniflərinə 8-i Azərbaycan, 8-i rus bölməsi olmaqla 500 şagird qəbulu edilib. Azərbaycan bölməsinə 225 şagird yerləşdirilib. Azərbaycan dili qəbuluna heç bir məhdudiyyət yoxdur və qəbul davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB