"Ədəbiyyat biliciləri" müsabiqəsinin qalibləri mükafatlandırıldı TƏDBİR

Bu gün Təhsil Nazirliyində " Ədəbiyyat biliciləri" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Ədəbiyyat biliciləri" müsabiqəsinin qalibləri mükafatlandırıldı TƏDBİR

SİA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər Heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib. Mərasimdə ilk çıxış edən təhsil nazirinin müavini, müsabiqənin Təşkilat Komitəsinin sədri Ceyhun Bayramov bildirib ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VII-IX sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri" müsabiqəsi artıq ikinci ildir keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərabycan və dünya Ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliyə həvəsi gücləndirmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm amil olduğunu diqqətə çatdırıb: "Son illər ərzində məktəblərdə bu istiqamətdə debat klubları təşkil edilib. Bunun müsbət tərəflərini görəcəyik. Müsabiqənin qiymətləndirməsi ilə bağlı dəyişikliklər efilib. Növbəti illərdə bu da öz bəhrəsini verəcək" Mərasimdə bildirilib ki, müsabiqə 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minə yaxın iştirak edib. Onların arasında fərqlənən 4665 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb və 114 şagird ölkə mərhələsinə çıxıb. Bu mərhələdə iştirakçılar 4 varianta təşkil olunan növzülardan birini seçərək inşa yazıb və 10 sualı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, 5 nəfər I,10 nəfər II, 15 nəfər III dərəcəli diploma ,21 nəfər tərifnaməyə layiq görülüb. Sonda qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyələr və kitablar təqdim olunub. Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə