Meksika nümayəndə heyəti ADU-da olub

Sentyabrın 8-də Meksika Birləşmiş Ştatlarından olan nümayəndə heyəti Azərbaycan Dillər Universtitetində olub. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə Nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutmuş görüş zamanı təhsil sahəsində bir sıra əməkdaşlıq məsələləri, o cümlədən ADU ilə Meksika universitetləri arasında əməkdaşlığın yaradılması imkanları müzakirə olunub.

Görüşdə çıxış edən ADU-nun Beynəlxaq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova universitetin əldə etdiyi uğurlar haqqında danışdı və hər zaman digər universitetlərlə münasibətlərin qurulmasında öndə durduğunu deyib.

Meksika Birləşmiş Ştatlarının nümayəndə heyətinin üzvü Fernando Silva Nieto Meksika universitetləri ilə ADU arasında xüsusilə dilçilik sahəsində münasibətlərin qurulmasında maraqlı olduqlarını bildirib. ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov universitetin dilçilik sahəsində əldə etdiyi uğurlardan və tədris olunan dillər barədə danışıb.

Görüşdə çıxış edən Azərbaycan Republikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov universitetlərarası əlaqələrin təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını bildirib. Müzakirələr gələcəkdə əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma ilə bitib.

Qeyd edək ki, görüş cari ilin 4 -11 sentyabr tarixlərində Meksika Birləşmiş Ştatlarından olan nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Nümayəndə heyətinin tərkibinə müxtəlif siyasi və ictimai dairələri təmsil edən şəxslər, həmçinin bir sıra nüfuzlu iş adamları daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə