Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

“Akademik və iş həyatında bir addım öndə”
Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi haqqında 10 mühüm faktı açıqlayıb. Bu barədə SİA-ya UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Beynəlxalq standartlara uyğun 4 dildə təhsil;
Cəmi bir il aktiv dərs;
Tədqiqat yönümlü tədris;
Akademik karyera üçün güclü baza;
İş dünyasının tələblərinə müvafiq təhsil;
Dünyanın ən nüfuzlu universitet (ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT), Harvard, Oxford, London İqtisadiyyat Məktəbi, Stanford, Stirlinq, Qlazqo, Uorvik, Kardif, Siegen, Boğaziçi Ankara Universitetləri) məzunlarından ibarət akademik heyət;
İtaliya, Litva, Türkiyə universitetləri ilə ikili diplom proqramları;
60-a yaxın xarici universitetlə akademik mübadilə, yay və qış məktəblərində iştirak imkanı;
Beynəlxalq konfrans, simpozium və elmi jurnallarla yaxından əməkdaşlıq;
Beynəlxalq şirkətlərdə iş təcrübəsi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə