ABU-nun tələbələri təhsillərini 9 özəl ali məktəbdə davam etdirəcəklər
Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələrinin köçürüləcəyi özəl ali məktəblərin adlarını açıqlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin tələbələr təhsillərini müvafiq ixtisaslar üzrə 9 özəl ali məktəblərdə davam etdirəcəklər. Bunlara Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan İctimai-Siyasi Kolleci, Bakı Qızlar Seminariyası, "Odlar Yurdu", Bakı Asiya, Azərbaycan Kooperasiya, Bakı Biznes, Avrasiya və "Təfəkkür" universitetləri daxildir. Köçürülmə ilə bağlı olaraq qanuni qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə ABU-ya qəbul olan 2000-ə yaxın tələbənin əmri verilib. Köçürülən tələbələrin əmrləri Təhsil Nazirliyində internet saytında yerləşdiriləcək. Həmin tələbələr sentyabrın 13-dən etibarən müvafiq ali məktəblərdə qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB