“Ölkənin 225 ümumtəhsil məktəbində 35 min şagird üçün talış, avar, ləzgi, saxur, kürd, dağ yəhudiləri, udin və xınalıq dilləri tədris edilir”
“Ölkənin 225 ümumtəhsil məktəbində 35 min şagird üçün talış, avar, ləzgi, saxur, kürd, dağ yəhudiləri, udin və xınalıq dilləri tədris edilir”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün təhsil nazirinin müavini Firudin Qurbanov Qərb Universitetinin təşkilatçılığı ilə “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda 342 ümumtəhsil məktəbində təlim rus dilində aparılır, həmin məktəblərdə 115 914 şagird rus dilində təhsil alır: “Ali təhsil müəssisələrində - bakalavr və magistr səviyyələri üzrə, tələləbələrin ümumi sayından 10,1 faizinin təhsili rus dilindədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB