Növbəti tədris ilində ali və orta təhsil ocaqlarında neçə tələbə və şagird təhsil alacaq?
2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1359900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq.
SİA-nın məlumatına görə, yeni dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118581 şagird qəbul olunub.
Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB