Məleykə Abbaszadə : “Jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanını tətbiq etmək hələ mümkün deyil” - Eksklüziv

Məleykə Abbaszadə : “Jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanını tətbiq etmək hələ mümkün deyil” - Eksklüziv
2011/2012-ci tədris ilində jurnalistika fakultəsinə qəbul zamanı qabiliyyət imtahanlarının keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə SİA-ya eksklüziv açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, qəbul imtahanlarından sonra komissiya hər bir ixtisas üzrə builki rəqəmləri araşdırıb. Onun sözlərinə görə, məlum olub ki, III ixtisas qrupu üzrə sənəd verən abituriyentlərdən I yerdə jurnalistikanı yazanların heç də hamısı bu fakultəyə qəbul olmurlar.

"Jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanını hələ tətbiq etmək mümkün deyil. Çünki bu kütləvi ixtisasdır. III qrupa sənəd verənlərin çoxu I yerdə bu ixtisası yazırlar deyə, biz onların hamısını qabiliyyət imtahanlarına təqdim edə bilmərik. Mətbuat Şurası tərəfindən bununla bağlı müxtəlif fikirlər səslənir. Amma şura jurnalistika fakultəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiq edilməsi ilə bağlı təklifləri hələki bizə təqdim etməyib", - deyə M.Abbaszadə əlavə edib

Bütün xəbərlər Facebook səhifəmizdə