Məleykə Abbaszadə: “Gələn il ali məktəblərə qəbul imtahanları Gəncə, Şəki və Lənkəran şəhərlərində də keçiriləcək” - Açıqlama
2011/2012-ci tədris ili üçün qəbul imtahanlarında ixtisas qrupları, fənlərin sayı və fənn əmsalları dəyişməyəcək. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. Gələn il üçün nəzərdə tutulan yeniliklərdən danışan komissiya sədri bildirib ki, növbəti il ali məktəblərə qəbul imtahanlarında açıq tipli testlər tətbiq olunacaq. Onun sözlərinə görə, bu test nümunələri ötən il "Abituriyent" jurnalında çap edilib. M.Abbaszadə qeyd edib ki, gələn il ali məktəblərə qəbul imtahanları Gəncə, Şəki və Lənkəran şəhərlərində də keçiriləcək.
"Bundan əlavə, bütün ali məkəblər, o cümlədən nazirlik və müvafiq qurumlar "Tələbə-Məzun Məlumat Sistemi"nə qoşulacaq. Həmçinin, növbəti ildən TQDK Təhsil Nazirliyinin serverlərinə qoşula biləcək və bununla da müvafiq nazirliklə onlayn rejimdə işləmək mümkün olacaq. Oktyabrın 15-dən etibarən komissiyanın internet saytında (tqdk.gov.az) qəbul imtahanlarının proqramları çərçivəsində bütün fənlər üzrə mütəxəssis, ekspert rəyləri və mühazirələri yerləşdiriləcək. Onlayn hazırlıq kursları vasitəsilə abituriyentlərin hər biri repetitor yanına getmədən qəbul imtahanlarına hazırlaşa biləcək. Sentyabr-oktyabr aylarında isə komissiyanın nəşr etdiyi yeni dərs vəsailəri, test topluları abituriyentlərin ixtiyarına veriləcək", - deyə TQDK sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB