Bu gün Gülüstan sarayında Azərbaycan Respublikasının təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, millət vəkilləri, ali və orta təhsil müəssisələrinin rəhbərləri və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Misir Mərdanov bildirib ki, bu konfrans ənənəvi olaraq hər ilin sentyabr ayında təşkil olunur. Konfransda ötən dərs ilində görülən işlər, mövcud problemlər, gələcək tədris ilində görüləcək işlər və təhsilin gələcək inkişafı müzakirə olunacaq.
Nazir qeyd edib ki, konfransda deyilən və səslənən fikirlər bundan sonra müxtəlif bölgələrdə keçiriləcək konfranslarda da müzakirə obyektləri olacaq və hər bir məktəb öz inkişaf yolunu müəyyənləşdirəcək.
Daha sonra təhsil naziri cari tədris ilində görülən işlər barədə ümumi statistik məlumatları da qonaqların nəzərinə çatdırıb.
O vurğulayıb ki, bu il tədris ili ərzində ölkə prezidenti tərəfindən təhsillə bağlı 45 sərəncam və 3 fərman imzalanıb: "Bunların içərisində ən önəmlisi isə təhsil haqqında qanunun qəbul olunmasıdır. Ötən il yadda qalan hadisələrdən biri isə 100 müəllimin və 50 məktəb arasında yarışın keçirilməsi idi. Həmin yarışda 100 müəllimə 50 min manat, 50 məktəbə isə 10 min manat mükafat verilib. Sertifikatlar isə bu il veriləcək. Azərbyacndan kənarda təhsil alan bakalavr və magistrlərində təqaüdləri artırılıb. Bundan başqa, təhsilə ayrılan xərclərdə 10 % artıb. Dövlət ali təhsil ocaqlarında təhsil alan hər bir tələbəyə 1548 mant vəsait ayrılıb. Azərbaycanda 1624 uşaq bağçası var. Bakıda 1 ildə bağçalara cəlb olunan uşaqların sayı 8601 nəfər artıb. Bakıda uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması üzrə əhatə göstəricisi 26%-i keçib. Bunu yaxşı göstərici sayan nazir deyib ki, ümumilikdə məktəbəqədər müəssisələrə uşaqların cəlbi prosesi Təhsil Nazirliyini narahat edir".
M.Mərdanov qeyd edib ki, ölkədə 1173 uşaq bağçasının əsaslı təmirə ehtiyacı var. Ölkədə 3532 yaşayış məntəqəsi olsa da, onların 75%-də bağça yoxdur: "Bağçalarda dövlət tərəfindən yemək üçün gündəlik 3 manat 20 qəpik ayrılır. Faktiki olaraq harada nə qədər vəsaitin ayrıldığını görə bilərsiniz. Bu bizim ən ciddi problemimizdir".
Bu il I sinfə gedənlərin sayında 2000-dən çox artımın gözlənildiyini deyən nazir Azərbaycanda hətta 9 şagirdi olan məktəb olduğunu da söyləyib: "Rayon təhsil şöbələrinə bildirirəm ki, hər məktəbi orta məktəb etmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB