Təhsil naziri: “Dərs ilinə hazırlıqla bağlı nəzərdə tutulan bütün məsələlər artıq öz həllini tapıb”
"Dərs ilinə hazırlıqla bağlı nəzərdə tutulan bütün məsələlər artıq öz həllini tapıb". SİA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Misir Mərdanov bildirib ki, məktəblərin infrasturukturunun qurulması, yeni məktəb tikintisi, şagird sıxlığı çox olan məktəblərə əlavə korpusların yaradılması, məktəblərin əsaslı təmiri ilə bağlı ciddi addımlar atılıb.
"Bu işlər həm cari ilin sonuna, həm də gələn tədris ilinə kimi davam etdiriləcək. Bir faktı da qeyd edim ki, bu il birinci sinifə gedən şagirdlərin sayı keçən ilkindən bir neçə dəfə çox olub. Bu uğurlu bir işdir, çünki indiyə qədər birinci sinifə gedən şagirdlərin sayında müxtəlif səbəbdən azalma müşahidə olunurdu. Bütün bunlara baxmayaraq bu il isə bu rəqəmlərdə artım qeydə alınıb",-deyə təhsil naziri vurğulayıb.
M.Mərdanov onu da qeyd edib ki, Azərbaycanda təhsillə bağlı nə qədər çox işlər görülsə də hələ də təhsil sahəsində problemlər mövcuddur: "Belə ki, Azərbaycanda hazırda çoxsaylı məktəb tikintisinə, qəza vəziyyətində olan məktəblərin təmirinə çox böyük ehtiyac var. Məktəbəqədər təhsil müəssilərində, texniki peşə məktəblərində, o cümlədən orta ixtisas və ali təhsillə bağlı öz həllini gözləyən bir sıra məsələlər və problemlər var. Bu il milli kulikulumla bağlı 3 siniflərin dərslikləri yeni qaydada hazırlanıb və artıq məktəblərə çatdırılıb. Qalan siniflər üzrə nəzərdə tutlan dərsliklər də artıq çap olunub. Bu il dərsliklərin həm məzmunu, həm də poliqrafik keyfiyyəti baxımından müsbət irəliləyişlərə doğru addımlar atılır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB