11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı başa çatdı
2010/2011-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2 sentyabr saat 18:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçiblər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Qeyd edək ki, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 16-dan 31-dək daxil olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməli idilər. Lakin sonradan qəbul olunmuş qərara əsasən, qeydiyyat müddəti 2 sentyabr saat 18:00-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB