Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
Türk dünyası Riyaziyyat Cəmiyyətinin növbəti IV konqresi 2011-ci il 5-7 iyul tarixlərində Bakı şəhərində keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu barədə Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası birgə qərar qəbul ediblər. Türk dünyası Riyaziyyat Cəmiyyəti (TDRC) (Turkish World Mathematical Society (TWMS)) əsası 1999-cu ildə Türkiyənin Elazığ şəhərində qoyulmuş beynəlxalq təşkilatdır. Cəmiyyət öz sıralarında türkdilli ölkələr olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən riyaziyyatçı alimləri də birləşdirir. Təşkilatın məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda türk soylu alimlərin dünya miqyasında tanıdılmasına dəstək verməkdir.
Almatıda (Qazaxıstan) keçirilən sonuncu konqresdə Cəmiyyətin IV konqresinin 2011-ci ildə Bakı şəhərində keçirilməsi tövsiyə olunub. Təhsil Nazirliyi və AMEA-nın qeyd olunan birgə qərarı ilə konqresin təşkili və keçirilməsi üçün Təşkilat Komitəsi, Beynəlxalq Proqram Komitəsi, Məsləhət Şurası və İşçi qrupu yaradılıb. Tərkibinə müxtəlif ölkələrin nümayəndələrinin daxil edildiyi 27 nəfərdən ibarət Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, sədr müavini AMEA-nın həqiqi üzvü Akif Hacıyevdir.
Tərkibi sözügedən qərarla təsdiq edilmiş Türk dünyası Riyaziyyat Cəmiyyəti IV konqresinin Beynəlxalq Proqram Komitəsinə də Azərbaycan alimi, BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, Türk dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti Fikrət Əliyev sədrlik edir. Konqresin dünyanın 9 ölkəsindən olan 13 nəfərdən ibarət Məsləhət Şurasının tərkibində də azərbaycanlı alimlər üstünlük təşkil edirlər. Konqresin 13 nəfərdən ibarət İşçi qrupu isə yalnız azərbaycanlılardan təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB