Azərbaycan Dillər Universitetində (ADU) 2 yeni yeni ixtisas açılıb. SİA-nın ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığı xəbərə görə 2010-2011-ci tədris ilində ADU-nun Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində iki yeni - Qafqazşünaslıq və Hindistanşünaslıq ixtisasları açılıb. O bildirib ki, ixtisasların tədrisinə yeni tədris ilindən başlanacaq. Z.Kazımovanın sözlərinə görə, 10 nəfər tələbə Qafqazşünslıq, 10 nəfər tələbə isə Hindistanşünaslıq ixtisası üzrə Dillər Universitetində təhsil alacaqlar. O vurğulayıb ki, tələbələr təhsillərini Bolonya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaqlar. O əlavə edib ki, tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisas artırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, Hindistanşünaslıq ixtisası ilk dəfə olaraq ADU-da bir ixtisas kimi açılıb. Bu başlıca olaraq universitetin beynəlxalq əlaqələr istiqamətində apardığı uğurlu fəaliyyətin göstəricisidir. ADU 2005 – 2006-cı tədris ilindən Bolonya prosesinə qoşulub və bu ilk dəfə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tətbiq olunub. 2009-2010-cu tədris ilində Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi kredit sistemi ilə təhsil alan ilk məzunlarını yola salıb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, bu il Dillər Universitetinə 1000-dən çox tələbə birinci kursa qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB