Gəncədə ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirilib

Gəncədə ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatı və Gəncə şəhər Təhsil İdarəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olanlarla görüş keçirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər son 5 ildə Gəncə şəhərindən ali məktəblərə qəbul olunan tələbələrin sayının artıdığını diqqətə çatdırıb. 700-dən artıq abituryent ali məktəblərə qəbul olunub. Bu isə məzunların 33 % təşkil edir. bu il 145 nəfər 500-600 arası bal toplayıb. Bildirilib ki, bu il 36 abutiriyent 600-dan artıq göstərici əldə edib. Ötən tədris ilində isə bu nailiyyəti 21 nəfər qazanmışdı. Görüşdə yüksək bal toplayan tələbələr təbrik edilib, onlara hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə