"Dövlət qulluğuna qəbul II mərhələdən ibarətdir. I mərhələnin - test imtahanlarının keçirilmə qaydaları və qiymətləri təsdiqlənib". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-nin "Günün nəbzi" proqramında deyib.
M. Abbaszadə qeyd edib ki, II mərhələnin - müsahibə mərhələsinin keçirilmə qaydaları isə təsdiqlənməyib: "Bu yaxınlarda Milli Məclisdə dövlət qulluğuna dair qanunda hansısa dəyişikliklər nəzərdə tutulub. O dəyişikliklər müəyyən müzakirələrdən sonra qəbul olunacaq. Bundan sonra bizim hüquqi-normativ sənədlərimiz tam paket halında olacaq və leqal, hüquqi mühitdə dövlət qulluğuna qəbul prosesinə başlayacağıq. Bizim dövlət qurumlarımızda 6000-dən çox vakansiya var. Dövlət qulluğuna qəbul imtahanlarının vaxtlı-vaxtında təşkil edilməsi çox vacibdir. Amma imtahanı keçirmək üçün mütləq hüququ mühit olmalıdır. Təəssüf olsun ki, bu, mürəkkəb və vaxt aparan bir prosesdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB