Şöbə müdiri: "Azərbaycanda təhsil müddəti dünya ilə müqayisədə 6 həftə azdır"
"Təhsilin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişikliklərdəm sonra 34 həftə olub. Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycan yenə də ən az uşağını məktəbə göndərənlərdən biridir".
SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev Azərbaycanda tədris müddətinin azaldılması ilə bağlı təkliflərə münasibətini bildirərkən deyib. Azərbaycanda orta təhsil müddətinin dünya ortalamasından 6 həftə az olduğunu dilə gətirən şöbə müdiri söyləyib ki, ona görə də validyenlərin tədris müddətinin azaldılması ilə bağlı şikayəti əsaslı görünmür: "Artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı mətkəblərin, müəllimlərin davranışı ilə bağlıdır. Bir çox məktəblərdə bu müddətdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır . Bunun faydasını dərhal yox, uzun müddətdə görəcəyik. Təhsil müddətinin artırılmasının təhsilə çox böyük faydası var, nəinki azaldılmasının".
E.Əmirullayev əlavə edib ki, dərslərin başlama və bitmə vaxtı müvafiq sənədlərlə tənzimlənir: "Mövcud qaydalara görə Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB