Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

"Azərbaycanda kurikulumun ləğvi anlayışı kifayət qədər savadsız ifadədir. Kurikulum həmişə olub, bu gün də var və gələcəkdə də olacaq". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Şöbə müdirinin sözlərinə görə, kurikulumsuz təhsil olmur: "Kurikulum təhsilin məzmunudur. Kurikulumu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Belə bir məsələ absurd ifadədir".

Kurikulumun hər zaman təkmilləşən bir sahə olduğunu deyən E. Əmrullayev bu sistemin ləğvinin mümkünsüz olduğunu dilə gətirib: "Hazırda Təhsil Nazirliyi tərəfindən kurikulumun ləğvini şərh etmək çətindir. Çünki bu sistem ləğv oluna bilməz. Əksinə müəyyən təkmilləşdirmələr aparıla bilər. Necə ki, hər il, hər zaman təkmilləşdirilmə aparılır. Belə olan halda, kurikulumun təkmilləşdirilməsini ciddi bir dəyişiklik kimi qələmə vermək düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə