AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın prezidenti Akif Əlizadə "Magistr-2017" müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib. SİA-nın xəbərinə görə, müsabiqə haqqında məlumat verən A.Əlizadə söyləyib ki, müsabiqədə iştirak etmək məqsədilə AMEA-nın 45 magistrantı sənədlərini AmEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim edib. Onun sözlərinə görə, təqdim edilən sənədlərin təhlili müsabiqə ilə bağlı yaradılan Eksper komissiyası tərəfindən həyata keçirilib: " Komissiya bir sıra meyarları o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında məqalələrini, təcrübəkeçməni, konfrans və ictimai tədbirlərdə iştirakını nəzərə alıb. Ekspert Komissiyası müsabiqə iştirakçılarının əldə etdikləri nəticələri qiymətləndirərək yekun rəy hazırlayıb". Daha sonra "Magistr-2017" müsabiqəsinin nəticələrinə görə, 8 nəfər magistrant müvafiq yerlər üzrə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB