Müəllimlərin və direktorların işə qəbulu üzrə elektron sınaq imtahanları keçiriləcək
Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi müəllimlərin və direktorların işə qəbulu üzrə elektron sınaq imtahanlarını keçirməyi davam edir. Növbəti sınaq imtahanları mayın 27-də 220 nömrəli məktəbdəki imtahan mərkəzində təşkil olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, real imtahan şəraitini hiss etmək istəyənlər, müəllim olmağa namizədlər biliklərini sınamaq üçün qeydiyyatdan keçməlidirlər.
İmtahana qeydiyyat üçün http://bit.ly/2pn1g5M, http://bit.ly/2qZFntQ linklərdən istifadə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB