500-dən artıq bal toplayan 1000 məzun müəllimlik ixtisasını seçib

500-dən artıq bal toplayan 1000 məzun müəllimlik ixtisasını seçib

"Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq və onların inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görüləcək". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirinin müavini Ceyhun Bayramov Ali məktəb müəllimlərinin I Forumunda deyib.

Son illər müəllimlik ixtisasına marağın artdığını deyən nazir müavini qeyd edib ki, 2015 və 2016-cı illərdə 500-dən artıq bal toplayan 1000 nəfərdən çox məzun müəllimlik ixtisasını seçib: "Ölkədə test imtahanları tətbiq olunandan həmin dövrə qədər belə yüksək göstərici qeydə alınmayıb. Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramının 100 -dən artıq məzunu bu gün ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir. Ötən il ölkədə müəllimlərin işə qəbulu üzrə müsabiqədə rekord sayda göstərici qeydə alınıb. Belə ki, 2016-cı ildə müəllimlərin işə qəbulunda 34 min namizəd yer tutmaq üçün müraciət edib. Təhsil Nazirliyi müəllimlərin fəaliyyəti üçün lazım olan şəraiti təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə