Bakıda "SABAHın müəllimi" adlı ali məktəb müəllimlərinin I Forumu keçirilir. SİA-nın xəbərinə görə, forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi aparması və ali təhsilin müasir trendlərinin müzakirə olunmasıdır. Forum Təhsil Nazirliyinin SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və "Microsoft" şirkətinin birgə təşkilatçılığı ilə keçirilir. Forumda təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektor və prorektorları, eləcə də İsrailin Təhsil Nazirliyinin, "Microsoft", "British Council", Alman Akademik Mübadilə Xidməti təşkilatlarının (DAAD) rəsmiləri iştirak edir.
Tədbirdə əvvəlcə SABAH müəllimlərinin fəaliyyəti haqqında film nümayiş olunub. SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tədbiri açaraq, forumun işinə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB