"Bu il ilk dəfə olaraq, Azərbaycanda müəllimlərin rayon və ya şəhərlərdə daxili yerdəyişməsini Təhsil Nazirliyi həyata keçirəcək. SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə deyib.
O bildirib ki, əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi: "Lakin bu il proses Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Buna görə də bu il proqram təminatı yenidən işləniləcək. Buna zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsindən irəli gəlib".
2015 və 2016-cı illərdə aparılan yoxlamalar zamanı daxili yerdəyişmələrdə ciddi nöqsanların müşahidə olunduğunu deyən E.Bağırov bildirib ki, nöqsanlar diaqnostik qiymətləndirmə ilə əlaqədar müəllimlərin sənədləri araşdırılarkən üzə çıxıb: "Nöqsanların aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi bu məsələni öz üzərinə götürüb. Nöqsanların çoxu vakansiya olmadığı halda müəllimlərin kənd məktəbindən şəhər məktəbinə köçürülməsidir. Eyni zamanda vakansiyaların gizlədilməsi və həmin gizlədilən vakansiyaya işə götürülən müəllimlər tərəfimizdən müəyyən olunub. Həmin müəllim yerlərinin hamısı müsabiqəyə çıxarılacaq. Bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB