“Yeni Malatyaspor” və “Sivasspor” superliqada!

“Yeni Malatyaspor” və “Sivasspor” superliqada!

2017/18 mövsümündə Türkiyə superliqasında yarışacaq iki komanda müəyyənləşib. Qol.az-ın xəbərinə görə, birinci liqanın lideri "Yeni Malatyaspor" "Buluspor"la matçdan (1:1) sonra xalını 61-ə yüksəldib və son turun nəticəsidən asılı olmayaraq yüksək liqaya vəsiqəni təmin edib.

Superliqaya vəsiqə qazanan ikinci komanda səfərdə "Adana Dəmirspor"la heç-heçə edən (1:1) "Sivasspor" olub. Hazırda 59 xalı olan Sivas təmsilçisi son turda uduzsa belə 2-ciliyi əldən verməyəcək. "Eskişehirspor" isə "Qaziantep Böyükşəhər"lə matçdan sonra (2:2) xalını 56-ya yüksəldib və üçüncü yeri rəsmiləşdirib. Onlar superliqaya vəsiqə uğrunda pley-off matçı keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə