Müəllim və valideynlər qəbul ediləcək

Müəllim və valideynlər qəbul ediləcək

Mayın 12-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 166 nömrəli tam orta məktəbdə (Ünvan: Lökbatan qəsəbəsi, Nizami küçəsi 4) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq).

Qeyd edək ki, səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə