Azərbaycanlı məktəblilərin növbəti uğuru FOTOLAR

Azərbaycanlı məktəblilərin növbəti uğuru FOTOLAR

2-7 may 2017-ci il tarixlərində Makedoniyanın Oxrid şəhərində məktəblilərin 34-cü Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bolqarıstan, Rumıniya, Serbiya, Türkiyə, Yunanıstan və s. kimi Balkan ölkələri ilə yanaşı İngiltərə, İtaliya, Qazaxstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdlərinin iştirak etdiyi bu elm yarışında Azərbaycan 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə iştirak edib.

Yaş ortalaması 15-dən kiçik olan, demək olar ki, yeni formalaşmış komandamız bu olimpiadada kifayət qədər yaxşı nəticə göstərib.

Hər biri maksimum 10 bal ilə qiymətləndirilən 4 müxtəlif sualın (cəmi 40 bal) həllərini yazmaq üçün şagirdlərə 4 saat 30 dəqiqə vaxt verirlir. Belə ki, Ak. Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərin 9-cu sinif şagirdi Cəbiyev Ramil (30 bal), həmin liseyin 10-cu sinif şagirdi Anar Abbaslı (26 bal), Gəncə şəhəri 26 nömrəli tam orta məktəbin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Əhmədli Mirəli ( 22 bal) və Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Ağazadə Murad (21 bal) olimpiadanın bürünc medalına layiq görülüblər.

Xatırladaq ki, bu şagirdlərimizin hər biri Fizika riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində işirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə