Bakı məktəblilərinin II Ekoloji Forumu FOTOLAR

Bakı məktəblilərinin II Ekoloji Forumu FOTOLAR

Mayın 6-da "Yaşıl şəbəkə" ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və "Ekoklub" üzvlərinin II Ekoloji Forumu keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, II Ekoloji Forumun keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, "Yaşıl Şəbəkə" devizi altında ekoloji hərəkatın genişləndirilməsindən ibarətdir.

Forumda 400-ə qədər gənc ekoloqun iştirakı ilə "Yaşıl məktəb", "Yaşıl turizm", "Yaşıl elm və texnologiya", "Yaşıl şəhər", "Yaşıl liderlər və cəmiyyət", "Yaşıl kənd təsərrüfatı", "Yaşıl iqtisadiyyat" adlı 7 bölmə üzrə müzakirələr və yeni fəaliyyət planlarının müzakirəsi təşkil edilib.

30 orta məktəbdə fəaliyyət göstərən "Ekoklub" liderlərinin "Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi" layihəsi üzrə hesabatlarında yaşıl infrastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat verilib.

Forumun yekununda iştirakçılarla Səmti Müəyyənetmə Federasiyası tərəfindən İçərişəhərdə "QR-kode" oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd uşaqların aktiv həyat tərzinə, idman oyunlarında daha yaxından iştiraka cəlb olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə