Forumda qızların təhsilə cəlb edilməsi müzakirə olunub Panel sessiya
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Yüksək Səviyyəli Görüş: Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə" mövzusunda panel keçirilib. SİA-nın xəbərinə görə, panelə YUNESCO-nun Gender bərabərliyi sektorunun direktoru Saniye Gülser Coratın moderatorluğu ilə keçib.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil davamlı inkişafın təməl sütunudur: "Azərbaycan prezidenti İlham Əliyev çoxsaylı tədbirlərdə təhsilin radikalizmə qarşı mübarizədə əaas amil olduğunu qeyd edir. Ötən gün Forumun açılış mərasimində də Azərbaycan Prezidenti bu fikirləri səsləndirdi. Azərbaycanda təhsil sahəsinı tarixən diqqət yetirolib. Belə ki, müsəlman dünyasında ilk müsəlman mətəb Azərbaycanda açılıb. Şərqd ilk opera yazan qadın da məhz Azərbaycanlı olub. Azərbaycanda təhsil almış qız təhsilli ailə deməkdi. Azərbaycanda ilk dəfə olaraq qadınlara səsvermə hüuquq verilib. Ali məktəblərdə təhsil alanların 70, orta məktəblərdə təhsil alanların 50 faizini qızlar təşkil edir. Bakı Dövlət Universitetində genderlə bağlı tədqiqat aparılır. Aparılan tədqiqatlardan məlum olub ki, anaları təhsilli olan uşaqların akademik göstəriciləri anaları təhsilsiz olanlardan daha üstün olur".
Heydər Əliyev Fondunun təşəbbüsü ilə gender məsələri ilə bağlı bir sıra işlərin görüldüyünü deyən nazir qeyd edib ki, Azərbaycan məsuliyyətli tərəfdaşdır və davamlı inkişafda öz rolunu göstərməkdədir: "Qaçqın və məcburi köçkünlərin təhsilə renteqrasiyası məsələsi də önəmlidir ki, artıq ölkəmizdə təhsil sahəsində görülən işlər nəticəsində Azərbaycanda qaçqın və məcburi köçkünlərin akademik nəticələri arasında digərlərinin nəticələri arasında heç bir fərq yoxdur. Bu da Azərbaycanın uğurundan biridir" Efitopiyanın birinci xanımı Roman Tesfaye çıxışında bildirib ki, Forumun ecazkar Bakı şəhərində keçirilməsindən sevincliyik: "Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür edirəm".
Onun sözlərinə görə, qızların təhsili hazırda əsas mövzulardan biridir: "Təhsil sadəcə insanların rahat yaşaması deyil, kritik vəziyyətdə sağ qalması üçün də mühümdür.Xüsusilə də təhsil qızlar üçün həm sağ qalması, həm maliyyə qazanması, həm də yoxsulluqdan çıxmaq üçün mühümdür. Hazırda terrorizmin böyük vüsət aldığını görürük. Belə bir şəraitdə qızların təhsil almaq imkanları azalır. Qızlar cinsi təzyiqlərə məruz qalırlar. Yoxsulluq ailələrin qızlarını təhsildən yayınmasına şərait yaradır. Bütün bu risklər qaçılmazdır. Biz bunun qarşısının alınması yolunu tapmalıyıq".
Malinin birinci xanımı Keita Aminata Maiga bildirib ki, Malida qızların təhsil alması istiqamətində islahatlar aparılır, qızların təhsilə cəlb edilməsinə çalışır: "Dünyada baş verənlərə baxmayaraq qızların təhsilə cəlb edilməsi hələ də əsas məsələlərdən sayılır. Ekstremizm zamanında qızların oğurlanması, onlara qarşı zorakılıq məsələləri artıb. Belə olan halda qızların təhsil almasını çətinləşdirir. Xüsusilə də kənd yerlərində qızların təhsil alması ilə bağlı problemlər mövcuddur".
Birinci xanım söyləyib ki, qızların təhsil istiqamətində işlər daha da güclənməlidir: "Biz yoxsul qızları da təhsilə cəlb etməli, bu sahəyə yatırımlar artırılmalıdır".
Ruandanın birinci xanımı Janet Kagame ölkəsində baş verən soyqırımı haqda danışıb. O deyib ki, Ruandada 1 milyondan çox tutsi öldürülüb, minlərlə ailə yer üzündən silinib, minlərlə qadın sistematik zorakılığa məruz qalıb: "Təhsil bizim adət-ənənəmizdə mühüm yer tuturdu. Lakin müstəmləkə administrasiyası ənənəvi təhsil dəyərlərinin üstündən xətt çəkdi".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünyada il ərzində 53 minə axın uşaq öldürülür: "1 milyon 200 min uşaq insan alverinə cəlb olunur. 57 milyon uşaq məcburi əməyə cəlb edilir".
Azərbaycanda təhsil sahəsinə xüsusi diqqət yetirildiyini deyən komitə sədri qeyd edib ki, Azərbaycan öz növbəsində tolerant mühitin formalaşmasına öz töhfəsini verməkdədir: "Biz gənc nəsillərə doğru səmt seçməyə dəstək oluruq. Bu günkü çətinliklərə qarşı mübarizədə qızların nailiyyətlərini görmək istəyirik. Bu səbədən hökumət üçün yüksək təhsilin təmin olunması əsas prioritetə çevrilib. Ölkəmizdə qızlar uşaq evlərini tərk etdikdən sonra tam təmirli ev və işlə təmin olunurlar. Biz qızların sahibkarlıq təbnüslərini görmək istəyirik. Biz qadın liderlərin ictimai həyatda rolunun artırılmasının tərəfdarıyıq".
Panel müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB