Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, Rezidenturaya qəbul olmaq üşün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib 2017-ci il mayın 4-dən 22-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 5-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB