İğdır Universiteti müəllimlərimizi əməkdaşlığa dəvət edib

İğdır Universiteti müəllimlərimizi əməkdaşlığa dəvət edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma və ilahiyyat fakültəsinin dosenti Şahin Əhmədoğlu ilə görüş olub. ADMİU-dan bildirilib ki, görüşdə hər iki universitet üçün faydalı nəticələr verəcək əməkdaşlıq haqqında və Mövlana Mübadilə Proqramı ilə bağlı müqavilələr imzalanıb.

Universitetin tədris işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi, professor Validə Məmmədova, elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva ADMİU-nun 94 illik tarixi, fakültə və ixtisaslar haqqında geniş məlumat veriblər.

Professor Mehmet Hakkı Alma 2008-ci ildən fəaliyyət göstərən İğdır Universitetinin fakültələri, ixtisasları haqqında ətraflı məlumat verib, azərbaycanlı müəllimləri elmi-pedaqoji fəaliyyətə, tələbələri isə təhsil almağa dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə