Bu il "Hədəf" nəşrləri məktəblərə 3 min kitab hədiyyə edəcək AÇIQLAMA

Bu il "Hədəf" nəşrləri məktəblərə 3 min kitab hədiyyə edəcək AÇIQLAMA

"Bu il də "Hədəf" nəşrləri ötən ildə olduğu kimi, 3 mindən çox kitabını məktəblərə hədiyyə edəcək". Bunu SİA-ya açıqlamasında "Hədəf kursları" MMC-nin baş direktoru Şəmil Sadıq deyib.

Onun sözlərinə görə, ötən il məktəblərə nəşr tərəfindən verilən kitabların əsas məzmununu uşaq dastanlar təşkil edirdisə, bu il məzmun fərqli olacaq: "Ötən il məktəblərə verilən kitablarda Dədə Qorquddan boylar, Seyid Əzim Şirvanının "Balalara Hədiyyə" kitabı təşkil edirdisə, bu il daha məktəblərə paylanacaq kitabların çox hissəsini dərsliklər, testlər və digər metodik vəsaitlər üstünlük təşkil edəcək. Dərsliklərin içərisində "Ədəbiyyat, Tarix, İngilis dili, Azərbaycan dili kitablarının yer alması məktəbliləri dərsə daha da sövq etmək məqsədi daşıyır".

"Hədəf" nəşrlərinin 10 ildən artıq müddətdir ki, fəaliyyət göstərdiyini deyən Ş. Sadıq söyləyib ki, nəşriyyatın əsas məqsədi millət, dövlət anlayışı və bu ideologiyaya xidmət etməkdir: "Bu baxımdan nəşriyyatın çox böyük layihələri var. Belə ki, Dədə Qorqud dastanının bütün boyları şəkilləşdirilib, Mirzə Kazım bəyin əsərləri ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək nəşr etdirilib, həmçinin dünya ədəbiyyatından nümunələr də tərcümə edilərək oxuculara təqdim edilib. Ən böyük layihəmiz Xatirə ədəbiyyatıdır ki, artıq 35-ci seriyası nəşr edilib. Orada yazıçı və şairlərimizin xatirə və memuarları öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə