Bu gün Heydər Əliyev Mərkəzinin parkında "Oxu günü" keçirilib. SİA-nın xəbərinə görə, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Hədəf Nəşrləri"nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliyə marağının artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.
Tədbirdə ilk çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiq və elmi araşdırmalar dpartamentinin direktoru Məhəbbət Mehdiyeva qonaqları salamlayaraq bildirib ki, müasir texnologiyalar dövrü olmasına baxmayaraq, kitab öz dəyərini qoruyub saxlamaqdadır. Onun sözlərinə görə, kitab xalqların tarix və mədəniyyətlərinin dünyada yayılması üçün ən gözəl vasitədir.
Ölkəmizdə kitaba dəyər verildiyini deyən M. Mehdiyeva Heydər Əliyev Fondu bütün sahələr kimi kitab nəşri istiqamətin də də mühüm işlər görür: "Heydər Əliyev Fondu tərəfindən nəşr edilən kitablar arasında uşaq ədəbiyyatı mühüm yer tutması böyük əhəmiyyət kəsb edir. Bu ənəni Heydər Əliyev Mərkəzi də davam etdirir. Buna bariz nümunə bugün keçirilən tədbirdir".
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firuddin Qurbanov "Oxu günü"nün ölkəmizin ictimai həyatında mühüm rol oynadığını diqqətə çatdıraraq bildirib ki, oxu biliklənmədə böyük rola malikdir.
Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təəhsil sahəsinə göstərdiyi diqqət və qayğısından söz açan nazir müavini bildirib ki, hazırda bu missiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Görülən işlərin nəticəsidir ki, 500-ə yaxın kitab 25000 nüsxə ilə çap olunaraq pulsuz şəkildə kitabxanalara paylanılır. Bu, uşaqlarda mütaliə mədəniyyətinin formalaşmasında mühüm rola malikdir".
Daha sonra söz alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi uşaqlarda mütaliə mədənyyətini formalaşdırır ki, bu da bizim üçün sevindirici haldır.
Tədbirdə paytaxtın 60-dək ümumtəhsil məktəb və liseyinin şagirdlərinin iştirak etdiyini deyən M. Vəliyeva söyləyib ki, tədbir çərçivəsində tanınmış yazıçı və şairlər öz kitablarını imzaları ilə oxuculara təqdim edəcəklər.
Artıq paytaxtımızda III "Oxu günü"nun keçirildiyini qeyd edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tədbirin gələcəkdə ənənə halını alacağına ümid etdiyini bildirib.
Tədbirdə həmçinin "Hədəf Kursları" MMC-nin Baş direktoru Şəmil Sadiq çıxış edərək hər kəsi "Oxu günü" münasibətilə təbrik edib. O bildirib ki, 3 il bundan öncə başlayan aksiya bu gün geniş bir tədbirə çevrilib. Onun sözlərinə görə, tədbir gənc yazarların öz kitablarının tanıdılması iatiqamətində də mühüm rola malikdir: " Hər il "Oxu günü" tədbirində öz kitablarımı oxuculara təqdim edirəm. Ümid edirəm ki, gənclər də bugündən istifadə edərək öz kitablarını kitab həvəskarlarına paylamaqla bayrma bayram qatacaqlar".
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, yazıçı Çingiz Abdullayev də çıxış edərək tədbirin əhəmiyətindən söz açıblar.
Tədbirdə məktəblilərin iştirakı ilə bədi əsərlərin müzakirəsi aparılıb, pontamim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, "Fleşmob" təqdim olunub."Oxu günü" çərçivəsində bədii-elmi kitabların sərgisi keçirilib. Nəşrlər tədbir iştirakçılarına həm pulsuz, həm də güzəştli şərtlərlə satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB