ADU-nun komandası yenə birinci oldu FOTO

Bu yaxınlarda "Yeni Yol" Gәnclәrin Maariflәndirilmәsi İctimai Birliyinin təşkilatçılığı iləintellektual oyunlardan ibarət "Union Cup" adlı turnir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, "Nә? Harada? Nә zaman?" formatında keçirilən yarışda ölkəmizin 11 ali təhsil müəssisəsini təmsil edən 22 komanda bacarığını nümayiş etdirib.

Turnirdə Azərbaycan Dillər Universitetini tәmsil edәn "Liberland" komandası bütün rәqiblәrini üstәlәyәrәk 1-ci pillәdә qәrarlaşıb və turnirin qalibi adını qazanıb. Qalib komandalar müvafiq olaraqkubok, medal vә pul mükafatı ilә tәltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə