Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı keçirib. İmtahanda respublikanın 20 bölgəsindən müəllim olmağa hazırlaşan 560 nəfər iştirak edib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.
Növbəti elektron sınaq imtahanları aprelin 30-da Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək.
Elektron sınaq imtahanına yazılmaq üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək imtahana yazılmaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB