Nizami rayonunda inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Nizami rayonunda inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Həmrəyliyimiz birliyimizdir" mövzusunda keçirilən inşa və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları təşkil edilmiş rəsm sərgisi ilə tanış olublar.

Çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra müsabiqələrin qaliblərinin adları açıqlandı. Belə ki, rəsm müsabiqəsi üzrə birinci yerin qalibi 10 saylı orta məktəbin şagirdi Gülnar Cəfərova, ikinci yerlərin qalibləri Zəngi liseyinin şagirdi Fatimə İsmayılova və 277 saylı məktəbin şagirdi Əli Babayev olub. Üçüncü yerlərə isə 145, 229 və 328 saylı orta məktəblərin şagirdləri – Səbinə Puqaçeva, Xəyalə Məmmədova və Ülviyyə Verdiyeva yiyələniblər.

İnşa müsabiqəsində isə birinci yerin qalibi Zəngi liseyinin şagirdi Səidə Ağayeva olub. İkinci yerlərin qalibləri 229 saylı məktəbin şagirdi Aysel Məhərrəmova və 238 saylı məktəbin şagirdi Fidan Çobanzadə olub. Üçüncü yerlərə isə 61, 129 və 251 saylı orta məktəblərin şagirdləri – Aişə Mehdiyeva, Ləman Əhmədova və Günay Rəcəbova layiq görülüblər.

Sonda qaliblərə medallar və diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə