400-ə yaxın pedaqoq dövlət təlimlərində iştirak edib

400-ə yaxın pedaqoq dövlət təlimlərində iştirak edib

Təhsil Nazirliyinin xətti ilə keçirilən təlimlərdə Gəncə şəhərindən 400 dən artıq pedaqoq iştirak edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, təlimlər ixtisaslara uyğun dərs prosesini təkminləşdirmək, eyni zamanda metodiki vasitələrdən tam istifadə etmək kimi amilləri nəzərdə tutub. Pedaqoqlara 5-9-cu siniflərdə kurikulum dərs proqramı əsasında təlim keçilir. Sonda təlimlərə qatılan müəllimlərin imtahan verməsi nəzərdə tutulur.

Qeyd edək ki, təlimlər may ayında yekunlaşacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə