Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub FOTO

Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub FOTO

Bu gün Corctaun Universitetinin professoru Sam PotolicchioAzərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında təhsil alan tələbələrə "Yaradıcı düşüncə" mövzusunda mühazirə oxuyub. ADU-dan SİA-ya verilən məlumata görə, o, insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru istifadə etməsi nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini söyləyib. Eyni zamanda asudə vaxtda səmərəli fəaliyyətlə məşğul olmağın zehnivəyaradıcı düşüncənin inkişafına səbəb olduğunu da sözlərinə əlavə edib.

Mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə