"Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər" YENİLƏNİB - SƏS TV

"Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər" YENİLƏNİB - SƏS TV

Azərbaycan Tibbi Universitetində "Sağlam Təhsil-Sağlam Millət: görülən işlər , nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirin təşəbbüskarı Təhsil Nazirliyi, əsas təşkilatçıları Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tibb Universitetidir.

Tədbirdə Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Təhsil və Səhiyyə Nazirliklərinin səlahiyyətli nümayəndələri, ümumtəhsil müəssisələrinin rəhbər və müəllim heyəti və digərləri iştirak edib.

Tədbirdə ilk çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli bildirib ki, "Sağlam təhsil - sağlam millət" layihəsi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldilib: "Konfransın əsas məqsədi "Sağlam təhsil - sağlam millət" pilot layihəsi çərçivəsində uşaq və yeniyetmələrin saölamlıığının qorunması, təhsil nailiyyətlərinin yüksəldilməsinə dair 4 il ərzində görülən işlərin müzakirəsini təşkil etmək, gəlinən nəticələri təhlil etmək, qarşıda duran vəzifələri müzairə etməkdən ibarətdir".

Təhsil Nazirliyi tərəfindən məktəblilərin sağlamlaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini deyən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə gələcək ibtidai sinif müəllimlərini "Sağlam sinif" layihəsində iştirak edən siniflərlə tanış etmək üçün ibtidai təhsil fakültəsinin nəzdində Sağlam Təhsil Pedaqogikası Mərkəzi və sağlam təhsil auditoriyası yaradılıb: "İbtidai sinif müəllimliyi ixtisasında uşaq anotomiyadə, fiziologiyası, həyat bilgisi və onun metodikası, ibtidai təhsilin pedaqogikasının tədrisində məktəblərin sağlamlığı və sağlam təhsıl texnologiyaları ilə bağlı daha geniş məlumatların verilməsi nəzərdə tutulub".

Təhsil nazirinin müşaviri Həsən Həsənli qeyd edib ki, hazırda "Sağlam təhsil" sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 orta təhsil müəssisəsində fəaliyyət göstərir. Onun sözlərinə görə, layihə çərçivəsində şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğu amilinin aradan qaldırılması və məktəbyaşlı uşaqların sağlamlığının qorunması təmin edilir: "Sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirilir. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri də göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir".

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini , deputat Bəxtiyar Əliyev isə çıxışında bildirib ki, gələcək nəslin sağlam yetişməsi onun sağlam böyüməsindən asılıdır: "Sağlam cəmiyyətin yaradılmasının vacibliyini qeyd edən depuat söyləyib ki, dövlət üçün ən böyük dəyər insanların rifah halının yaxşılaşdırılması və sağlam olmasıdır: "Sağlam cəmiyyətin formalaşması məktəbdən başlamalıdır. Bu baxımdan məktəblilərin sağlamlığı ilə bağlı layihələr davamlı olmalıdır".

Konfransda Uşaq və yeniyetmələrin sağlamlığının ühafizəsi və gigiyenası Elmi Tədqiqat İnstitutunun direktoru, Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü, professor V.R. Küçma qonaq qismində iştirak edərək uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, həmçinin sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyini vurğulayıb.

Daha sonra söz alan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və informasiya-texnologiyaları şöbəsinin müdiri İsa Əliyev layihənin əhəmiyyətindən söz açaraq qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də əsas məqsədi vətəndaşların xəstləliklərinin ağırlaşmasının qarşısını almaq və tibbixidmətlərə ayrılan vəsaitlərin düzgün istifadə edilməsidir: " Bu istiqamətdə agentlik tərəfindən Yevlax və Mingəçevrdə pilot layihələr həyata keçirilib. Layihələr digər rayonlarda da davam etdiriləcək.

Daha sonra tədbirdə çıxış edənlər uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, bu pilot layihənin məktəblilərin sağlamlığının qorunmasına xidmət etdiyini bildirib və onun gələcəkdə daha da genişlənməsinə ümid etdiklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə