Təhsil Nazirliyi Azərbaycanda yüksək təhsil keyfiyyətinə nail olmaq üçün görülməli olan işləri açıqlayıb. SİA-nın xəbərinə görə, təhsil nazirinin müşaviri Həsən Həsənli "Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı bildirib ki, ölkədə "Sağlam təhsil-sağlam millət" layihəsi tətbiq olunduğu müddətdən monitorinqlər aparılıb, sağlam təhsil texnologiyalarının səmərəlilik səviyyəsi öyrənilib, problemlər aşkar edilib və müxtəlif həll yolları müzakirə olunub.
Onun sözlərinə görə, bu gün artıq layihə çərçivəsində araşdırmalar belə qənaətə gəlməyə əsas verir ki, təhsil müəssisəsində gigiyenik tələblər gözlənilərsə, sağlam, psixoloji, sosial mühit yaradılarsa, uşağı fiziki vəziyyəti, psixoloji vəziyyəti nəzərə alınarsa, təhsil keyfiyyəti də yüksək olar: "Aparılan monitorinq və araşdırmalar göstərir ki, qamət pozuntusu, görmə ilə bağlı problemlərdə və digər fiziki inkişaf göstəriciləri üzrə artıq tətbiq edilən yanaşmalar uğurlu nəticələr verir. Eyni zamanda psixoloji-sosioloji və təhsil üzrə parametrlərdə də müsbət dinamika müşahidə olunur. Hazırda "Sağlam təhsil-sağlam millət" layihəsi Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Təhsil İnstitutunun alimləri və digərlərinin birgə fəaliyyəti əsasında fəaliyyət göstərir. Bu layihə tətbiq olunduğu müddətdə monitorinqlər aparılıb, sağlam təhsil texnologiyalarının səmərəlilik səviyyəsi öyrənilib, problemlər aşkar edilib, müxtəlif həll yolları müzakirə olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB