"Məktəblərdə şagirdlərin tez-tez əziyyət çəkdiyi xəstəliklər var. Bunun da qarşısı profilaktik tədbirlər vasitəsilə alına bilər. Bu problemlərə qamət pozğunluğu, skalioz, kifoz, lordoz, görmə pozğunluqları, həzm və sinir sistemi xəstəlikləri aiddir. Sağlam siniflər vasitəsilə bu problemlərin qarşısını almaq üçün tədbirlər nəzərdə tutulur". SİA-nın xəbərinə bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və IT şöbəsinin müdiri Tural Qulu "Sağlam təhsil- Sağlam millət" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, sinif otaqlarında oturacaqların düzgün seçilməsi uşaqların qamətinin düzgün formalaşdırılması üçün önəmlidir: " Müəllimlərin bu işə ciddi nəzarəti lazımdır. Vaxtaşırı uşaqların əllərini yuması gigiyenik baxımdan olduqca önəmlidir. Fasilələrdə idman hərəkətləri etmək, yarışlar təşkil etmək, göz əzələlərini inkişaf etdirmək onların qarşılaşdığı xəstəliklərin profilaktikası üçün vacibdir. Sağlam təhsil üçün görüləcək işlər çoxdur. Bu işlərə oturaq həyat tərzinin azaldılması, düzgün və sağlam qidaların təbliği və s . aiddir". "Uşaqların sağlamlığının qorunması dövlətin əsas prioritetlərindən biridir. Agentlik də icbari tibbi sığortaya keçəndə 18 yaşından aşağı uşaqların icbari sığorta haqqından azad olacağı ilə bağlı qərar qəbul etdi. Onların sığorta haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub"- deyə T.Qulu əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB