Rektor: "Sağlam təhsil texnologiyası bütün fakültələrdə tətbiq olunmalıdır" TƏKLİF

Rektor: "Sağlam təhsil texnologiyası bütün fakültələrdə tətbiq olunmalıdır" TƏKLİF

"Gələcək ibtidai sinif müəllimlərini "Sağlam sinif" layihəsində iştirak edən siniflərlə tanış etmək üçün ibtidai təhsil fakültəsinin nəzdində Sağlam Təhsil Pedaqogikası Mərkəzi və sağlam təhsil auditoriyası yaradılıb. İbtidai sinif müəllimliyi ixtisasında uşaq anotomiyadə, fiziologiyası, həyat bilgisi və onun metodikası, ibtidai təhsilin pedaqogikasının tədrisində məktəblərin sağlamlığı və sağlam təhsıl texnologiyaları ilə bağlı daha geniş məlumatların verilməsi nəzərdə tutulub". SİA-nın xəbərnə gprə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov "Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər, perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfansda çıxışı zamanı deyib. Rektorun sözlərinə görə, "Sağlam təhsil-sağlam millət" layihəsinə uyğun olaraq, pedaqogika kursunun tədrisində pedaqoji valeologiya və didaktologiyanın əsasları öyrədilir. C.Cəfərov təklif efib ki, sağlam təhsil texnologiyası yalnız ibtidai sinif müəllimliyi hazlrlığında deyil, bütün fakültələrdə tətbiq olunmalıdır: "ADPU-nun bütün ixtisaslarında 150 saat ərzində mülki müdafiə və tibbi biliklərin əsasları tədris olunur. Bu fənnin tədrisi üçün zəruri şərait və avadanlıqlar olmadığından o, səmərəli nəticə vermir. Həmin dərsə mən məktəb gigiyenası fənnini də ona birləşdirməklə bu işi daha optimal şəkildə tədris etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə