"Sağlam Təhsil-Sağlam Millət" mövzusunda konfrans keçirilir YENİLƏNİR

"Sağlam Təhsil-Sağlam Millət" mövzusunda konfrans keçirilir YENİLƏNİR

Azərbaycan Tibbi Universitetində "Sağlam Təhsil-Sağlam Millət: görülən işlər , nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfransın məqsədi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığın qorunması kimi mühüm vəzifələrin həllinə yönəlib. Tədbirin təşəbbüskarı Təhsil Nazirliyi, əsas təşkilatçıları Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tibb Universitetidir. Tədbirdə Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Təhsil və Səhiyyə Nazirliklərinin səlahiyyətli nümayəndələri, ümumtəhsil müəssisələrinin rəhbər və müəllim heyəti və digərləri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə