Ötən gün Maştağa qəsəbəsində 22 saylı məktəbdə baş verən qida zəhərlənməsi nəticəsində xəstəxanaya yerləşdirilən şagirlərin səhhəti haqqında yeni məlumat verilib. 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasından SİA-ya verilən məlumatda bildirilib ki, zəhərlənən şagirdlərin 5-i qız, 5-i oğlandır və hazırda onların vəziyyəti kafidir.
Qeyd edək ki, V-sinif şagirdlərinin zəhərlənməsinə şirniyyat səbəb olub. Uşaqlar və valideynlər bildiriblər ki, ötən gün sinifdəki uşaqlardan biri doğum günü münasibətilə keks gətirib. Onun qəbulundan sonra 10 uşağın səhhətində narahatlıqlar yaranıb və nəticədə zəhərlənmə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB