Məktəbli qızlar Sürixdə keçirilən olimpiadada uğurla çıxış ediblər
İsveçrənin Sürix şəhərində 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. Təhsil Nazirliyindən verilən məlumatda deyilir ki, 43 ölkədən 172 şagirdin iştirak etdiyi olimpiadaya Avropa ölkələri ilə yanaşı, ABŞ, Yaponiya, Hindistan, Braziliya və digər ölkələrin məktəbliləri də qatılıblar. Azərbaycan məktəbliləri ikinci dəfədir ki, bu olimpiadada iştirak ediblər.
Olimpiadada şagirdlər ümumilikdə altı tapşırıq üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanı olimpiadada təmsil edən qızlarımız bu mötəbər bilik yarışında nailiyyət əldə ediblər. Belə ki, İ.Əfəndiyev adına "Elitar" gimnaziyanın X sinif şagirdi Cəvahir Abbasova və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin X sinif şagirdi Nəzrin Fərziyeva olimpiadanın xüsusi mükafatı olan "Honourable Mention" sertifikatına layiq görülüblər.
Qeyd edək ki, hər iki şagird Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin nəzdində yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB