Bu gün Milli Məclisin plenar iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, iclasda layihə haqqında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. O bildirib ki, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində təhsil ekspertlərin fikirləri, I və II oxunuşda müzakirə zamanı 15 deputat tərəfindən layihə ilə bağlı səslənən təklif və rəylər nəzərə alınıb.
İ. Həbibbəyli söyləyib ki, ictimaiyyətin rəyi nəzərə alınaraq qanun layihəsinin 7.6 maddəsi tam şəkildə bərpa edilib: "Maddəyə əsasən məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, interaktivlik, millilik, dünyəvilik prinsipləri əsasında müəyyən edilir".
Onun sözlərinə görə, üçüncü oxunuş ikinci oxunuşdan fərqli olaraq, redaktə xarakterlidir: "Şəhid ailələri ilə bağlı redaktə xarakterli düzəlişlər edərək təklifləri nəzərə aldıq. Bundan başqa, təhsil müəssisələrinin rəhbərlərinin təyinatında 5 illik təcrübə sözündən "5 il" sözünü çıxardıq, "kifayət qədər təcrübə" sözünü saxladıq və sair".
Qeyd edək ki, qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Layihə hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə nazirliklərinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib, onlardan rəy alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB